Senat və Parlament sədrləri Bakıda Azərbaycan Respublikasının Milli Məclisinin sədri görüşüblər
Qoşulmama Hərəkatına üzv olan Ölkələrin Parlament Şəbəkəsi Parlament Sədrlərinin Bakı Konfransında iştirakı ərəfəsində Senatın sədri Feysəl Əl-Fayez və Parlamentin sədri Əbdül Kərim Əl-Dağmi dünən, şənbə günü Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qavarova ilə görüşüblər..
Görüş zamanı İordaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər və onların müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi və investisiya sahələrində əlaqələrin genişləndirilməsi, ticarət mübadiləsinin artırılması yolları müzakirə edilib.
Əl-Fayez iki dost ölkə münasibətlərinin dərinliyini yüksək qiymətləndirərək, bu əlaqələrin qarşılıqlı hörmətə əsaslandığını, Əlahəzrət Kral II Abdullahın və Prezident İlham Əliyevin inkişaf etdirməyə və davam etdirməkdə maraqlı olduqlarını bildirib.İki dost lider öz ölkələri arasında bu əlaqələri yüksək qiymətləndirir, onları müxtəlif sahələrdə inkişaf etdirməyə və möhkəmləndirməyə çalışdığını bildirmişdir.
Öz növbəsində parlament sədri Əbdül Kərim Əl-Doğmi bildirib ki, İordaniya ümumi maraqlara xidmət etmək üçün ikitərəfli əməkdaşlığı artırmaqda və ümumi maraq doğuran müxtəlif məsələlər üzrə müxtəlif parlament forumlarında səyləri birləşdirməkdə maraqlıdır.
İordaniyanın Azərbaycandakı səfiri Sami Qoşenin də iştirak etdiyi görüşdə regiondakı müxtəlif aktual məsələlər, xüsusilə Suriya böhranı, Ərəb-İsrail münaqişəsi, terrorizmlə mübarizə səyləri müzakirə olunub.
Bu kontekstdə Senat və Parlament sədrləri Yaxın Şərqin böhranlar, siyasi münaqişələr və ciddi təhlükəsizlik təlatümləri yaşadığını və illər keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu böhranı dayandırmaq üçün real səylərin olmadığını açıq şəkildə bildirdilər. baxmayaraq ki, İordaniya dünyadakı dostları ilə əməkdaşlıq edərək onu sona çatdırmaq üçün aramsız səylər göstərir.Regiondakı münaqişələr İordaniya üçün iqtisadi və təhlükəsizlik problemləri yaratdı və ən çox onlardan təsirləndi diyə bildirmişdilər.
Əl-Fayez bildirmişdir ki, İordaniya bu gün yeni reallıqlarla üzləşir. Bu, region ölkələrinə sadiq silahlı birləşmələrin İordaniyaya və İordaniya vasitəsilə ərəb körfəzi ölkələrinə qaçaqmalçılıq yolu ilə narkotik və silah keçirmək cəhdləri ilə təmsil olunur.
Əl-Fayez İordaniyaya beynəlxalq dəstəyin vacibliyini vurğuladı, xüsusilə nəqliyyat, bərpa olunan enerji layihələri və turizm sahələrində artan sərmayələr vasitəsilə sülhün sponsoru və terrorizm və ekstremizmlə mübarizədə əsas rolunu davam etdirməsinə imkan yaratmaq üçün, və İordaniyaya gələn azərbaycanlı turistlərin sayının artırılması, İordaniyanın bir çox üstünlüklərinin olduğunu qeyd edərək, bu sahədə əməkdaşlığın artıtılmasını vurğulamışdır.
Əl-Fayez və Əl-Doğmi Fələstin məsələsinin Qoşulmama Hərəkatına üzv olan Ölkələrin Parlament Şəbəkəsinin gündəliyinə daimi bənd kimi daxil edilməsini istəyiblər və ədalətli sülh yolu tapmaq üçün Qoşulmama Hərəkatına üzv olan ölkələrin səylərini birləşdirməyin zəruriliyini vurğulayıblar.
Sahidə Qafarova öz növbəsində Azərbaycan-İordaniya əlaqələrinin müxtəlif sahələrdə əldə etdiyi yüksək səviyyədən qürur duyduğunu bildirib.
Görüşdə Qafarova Əlahəzrət Kral II Abdullahın rəhbərliyi ilə İordaniyanın suriyalı qaçqınlara xidmətdə oynadığı böyük rolu, Kral Əlahəzrətinin regionda münaqişələrə son qoyulması, burada təhlükəsizlik və sabitliyin bərpası istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib , və İordaniyanın terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətin yanında olduğunu, eyni zamanda İordaniyanın qaçqınlara qarşı humanitar rolunu davam etdirməsi üçün onun yanında olmağın və ona dəstək verməsinin zəruriliyini qeyd etmişdir.
O, Azərbaycanın Qoşulmama Hərəkatının rəhbəri kimi Qoşulmama Ölkələrinə xidmətdə böyük rol oynadığını və dünyanın şahidi olduğu dəyişikliklər fonunda hərəkatın maraqlarının müdafiəsində siyasi və parlament rolunu davam etdirəcəyini bildirib.