İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl Nahar
etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Görüşdə səfir Al Nahar İordaniya Kralı II Abdullah ibn Əl
Hüseynin salamlarını dövlət başçısına çatdırıb. Prezident Əliyev salamlara görə
minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı
xahiş edib.
Səfir Əl Nahar Azərbaycan ilə İordaniya arasında uzun illərə
bağlı dostluq və qardaşlıq münasibətlərini vurğulayaraq, iki xalqın beynəlxalq
çərçivədə ardıcıl olaraq bir-birinə güclü dəstəyini qeyd edib. Prezident Əliyev
bu fikirləri dəstəkləyərək və gələcəkdə iki ölkə arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Al Nahar Bakıda gedən mühüm inkişafa və onun əhalisinin
rifahina heyran olduğunu bildirib. Prezident Əliyev Azərbaycan haqqında söylədiyi
xoş sözlərə görə səfirə təşəkkür edib, ona diplomatik fəaliyyətində uğurlar
arzulayıb.
Müzakirələrdə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi
potensialı, o cümlədən turizm, təhsil və digər müvafiq sahələrdə əməkdaşlıq məsələləri
də müzakirə olunub.