İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli Səfiri Cənab Ömər Bərəkət Əl-Nahar Elm və Təhsil
Naziri Cənab Emin Əmrullayev ilə görüşüb.
Görüş zamanı cənab Səfir və cənab Nazir İordaniya ilə Azərbaycan
arasında elm və təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyətini, gələcək
inkişaf perspektivlərini müzakirə ediblər.