İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli Səfiri Cənab Ömər Bərəkət Əl-Nahar Dövlət Turizm
Agentliyinin (DTA) Sədri cənab Fuad Nağıyev ilə görüşüb.
Görüşdə Azərbaycan və İordaniya arasında qarşılıqlı turist səfərlərinin
sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq
perspektivləri müzakirə edilib.
Birbaşa aviareyslərin açılması və iki ölkə arasında mövcud
uçuşların artırılması istiqamətində səylərin həyata keçirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb. Turizm əlaqələrinin gücləndirilməsi üçün yol xəritəsi üzərində
işləmək əsas mövzu olub.