İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət Əl-Nahar ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayevlə görüşüb.
Görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək
əməkdaşlıq imkanları müzakirə edilib.