عربي
Ministry Website
The embassy of Jordan in Baku

İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə Al Hussein bin Abdullah II Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.

İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə Al Hussein bin Abdullah II Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.

 

İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə Al Hussein bin Abdullah II Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb. - 11 noyabr

Vəliəhdi Şahzadə Al Hussein bin Abdullah II atasının – İordaniya Haşimilər Krallığının Kralı Abdullah bin Al Hussein II salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlar üçün minnətdarlığını bildirərək, öz növbəsində, Abdullah bin Al Hussein II-yə də salamlarını çatdırmağı xahiş edib.

Qonaq, COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

İlk dəfə Azərbaycanda olduğunu qeyd edən Vəliəhdi Şahzadə Hussein ölkəmizdəki inkişaf proseslərindən çox təsirləndiyini bildirib.

Görüş zamanı Azərbaycan ilə İordaniya arasında Qəzzaya humanitar yardımların göstərilməsi sahəsindəki əməkdaşlıq, həmçinin Azərbaycanın BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə Fələstinə verdiyi humanitar yardımlar müzakirə edilib. Link

COP29 çərçivəsində İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə Al Hussein bin Abdullah II, Ruanda Prezidenti Paul Kagame ilə görüşüb.

Görüşdə İordaniya və Ruanda arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi mövzusu müzakirə olunub.  Link

COP29 çərçivəsində İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə Hüseyn bin Abdullah II, Küveytin rəsmi nümayəndəsi ilə görüşüb.

Nümayəndə, görüş əsnasında Küveyt Əmirinin salamlarını çatdıraraq, Kral II Abdullah’a olan hörmətini bildirib. Görüşdə Küveyt-İordaniya əlaqələrinin gücləndirilməsi, birgə səylərin dəstəklənməsi və regional və beynəlxalq inkişaflar müzakirə olunub. Görüşdə Xarici İşlər Naziri Abdullah Al-Yahya, Dövlət Katibi Mazen Al-Issa və Xarici İşlər Nazirinin Köməkçisi Bader Saleh Abdullah Al-Tunaib də iştirak ediblər. Link