عربي
Ministry Website
The embassy of Jordan in Baku

İordaniya-Azərbaycan əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə tədbir

İordaniya-Azərbaycan əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə tədbir

2023-cü ilin mart ayının 7-də Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və
İordaniya Haşimilər Krallığının Bakıdakı Səfirliyi ilə birgə Krallıqla Azərbaycan
Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Xarici İşlər Nazirinin
Müavini Fariz Rzayev və Krallığın Bakıdakı səfiri Sami Asim Ğoşəh,bəzi ərəb
ölkələrinin bakıdakı səfirlikləri və dostluq qrupunun iştirakı ilə tədbir keçrilmişdir.
Krallığın Bakıdakı səfiri Cənab Sami Asim Ğoşəh Azərbaycan və İordaniyanı
birləşdirən iki ölkə arasındakı əlaqələrdən danışaraq bu əlaqələrin Azərbaycan
Respublikasının Qurulmasının ilk vaxtlarından başladığını və bu əlaqələrin həm
dini həm mədəni həmdə tarixi olmaqla yanaşı həmçinin iki dost keçmiş dövlət
başçılarına dayandığını (Heydər Əliyev, ikinci Abdullah bin hüseyn –Allah Onlara
rəhmət etsin) vurğulamışdır həmçinin səfir iki ölkə arasında beynəlxalq əməkdaşlıq
xüsusəndə beynəlxalq çərçivədə BMT,İslam əməkdaşlıq təşkilatı,qoşulmama
hərəkatı və s kimi təşkilatları misal göstərmək olar əlavə olaraq səfir iki dövlət
arasında əlaqələrin daha da artması üçün turizm sectorunu inkişaf etdirmək
,yatırımları artırmaq ,iş adamları arasında görüşlər təşkil etmək və bu yöndə lazimi
addımlar atmağın zəruriliyini vurğuladı bundan başqa Fariz Rzayev iki ölkə
arasındakı keçmiş 30 illik əlaqələrin tarix,mədəniyyət və ehtiram üzərində
qurulduğunu və bu əlaqələrin şaxələnməsinə Heydər Əliyev və Kral Hüseyn Bin
Talalın dostluğu və 1994 –cü ildə iki dövlət başçısı arasındakı görüşün mühüm rol
oynadığını bildirmişdir.Əlavə olaraq Rzayev iki ölkənin beynəlxalq müstəvidəki
əməkdaşlığına işarə edərək bu əməkdaşlığın daha da artırılmasına,iqtisadi və ticari
əlaqələrin yaxşılaşdırılmasından ötrü zəruri tədbirlər görülməsini vurğuladı
tədbirin sonunda 30 ili özündə əks etdirən rəsm sərgisi təqdim olundu.